11:39 25 Fevral 2021 61
Ana səhifə Xəbərlər

Bakıda polis əməliyyat keçirdi – KEÇMİŞ MƏHKUM “KALAŞNİKOV”LA TUTULDU

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın