05:49 15 Sentyabr 2020 1389
Ana səhifə Xəbərlər

Bakıda qəzalı binanın sakinləri təxliyyə edilib – ÇADIRLAR QURAŞDIRILDI

Bu gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Xocalı qaçıqınlarıın müvəqqəti məskunlaşdığı Qızıl Qum sanatoriyasının beşmərtəbəli binasında qüsur əmələ gəlib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin-dən APA TV-yə verilən məlumata görə, hadisə ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və mütəmadi olaraq tapşırıqlar verilir.

Hazırda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, aidiyyəti idarələrin, Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin nümayəndələri hadisə yerindədir.

Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.

FHN məcburi köçkünlərin bu gecəni keçirməsi üçün ərazidə müvəqqəti çadırlar və onların ərzaqla təmin edilməsi üçün səhra mətbəxi, yeməkxana quraşdırıb.

115 ailəyə dövlət vəsaiti hesabına kirayə mənzillərə çıxmaq təklif edilib.

FHN tərəfindən araşdırma başa çatana qədər məcburi köçkünlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görüləcək.

Hazırda FHN tərəfindən beş nəfər üçün nəzərdə tutulan 20 çadır quraşdırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın