18:00 06 Aprel 2020 310
Ana səhifə Xəbərlər

Bakıda sərbəst gəzmək üçün saxta arayış hazırlayan şəxs yaxalandı - 20 MANATA SATIRMIŞ

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydalarını kobud şəkildə pozan şəxslər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxs polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın