04:13 22 Yanvar 2021 68
Ana səhifə Xəbərlər

Bakıda sürücü iki avtomobilin arasında qalaraq xəsarət alıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1966-cı il təvəllüdlü Vüqar Adilov "Nissan" markalı avtomobilini təmir edən zaman "VAZ 2107" markalı nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb. Zərbənin gücündən "Nissan" eyni markalı digər avtomobilə dəyib. İki avtomaşının arasında sıxışıb qalan V.Adilov iki ayağından sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın