18:40 29 Yanvar 2020 244
Ana səhifə Xəbərlər

Bakıda taksi sürücüsünə qarşı quldurluq edənlər yaxalandı

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar.

APA TV-nin məlumatına görə, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilini ələ keçirilməsi ilə bağlı 102 - Zəng Mərkəzinə müraciət daxil olub.

Müraciət əsasında Baki şəhər BPİ-nin Cinayət-Axtarış İdarəsi, Təhlükəsiz Şəhər xidməti, Yasamal RPİ və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri - əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın