00:00 08 Noyabr 2019 84
Ana səhifə Xəbərlər

Bakıda ticarət mərkəzlərindən birindən oğurluq edən şəxs tutulub

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə polisə məlumat verən sahibkar ona 2 min manat məbləğində ziyan dəydiyini də bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, oğurladığı üzüyü metronun Memar Əcəmi stansiyasının yaxınlığında satdığını bildirib. Qeyd edək ki, Elvin Məmmədzadənin oğurluq etməsi mağazanın müşahidə kameralarına düşüb.

Elvin Məmmədzadə digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cU Polis Bölməsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın