20:40 14 Fevral 2020 325
Ana səhifə Xəbərlər

Bakıda “Toyota” markalı avtomobil piyada keçidinə çırpılıb

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APATv xəbər verir ki, Neftçilər prospektində hərəkətdə olan “Toyota” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı yerüstü piyada keçidinin dəmir konstruksiyasına çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “VAZ 2107” markalı avtomobil “Toyota”nın qarşısına çıxaraq sürücünü çaşdırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın