14:22 06 Dekabr 2019 471
Ana səhifə Xəbərlər

Bakıda TRACECA-nın yubiley iclası keçirilib

Bakıda "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş"in hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib.

APA TV-nin məlumatına görə, sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş iclasda TRACECA-ya 13 üzv və 2 müşahidəçi ölkə qatılıb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu dövlət başçısının köməkçisi Şahmar Mövsümov konfrans iştirakçılarına çatdırıb.


Daha sonra qurumun 20 illik fəaliyyətindən bəhs edən TRACECA filminin təqdimatı olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov TRACECA-nın 20 illik fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra xarici qonaqlar çıxış edib. Sonda Bakı Bəyannaməsi qəbul olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın