19:40 29 İyun 2020 422
Ana səhifə Xəbərlər

Bakıda yardımçı tikili yandı, bina sakinləri təxliyə edildi

Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə yanğın hadisəsi baş verib.

APA TV xəbər verir ki, tikiliyə yığılmış taxta materiallar yanıb.

Hazırda dayandığımız bu yer Nəsimi rayonu Sabit Orucov küçəsində yerləşən binanın qarajıdır. Yanğın tam olaraq burada baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğın tamamilə söndürülüb və vəziyyət nəzarət altındadır.

Hündürmərtəbəli yaşayış binasının qarajında baş verən yanğının nədən meydana gəldiyi dəqiq bilinməsə də sakinlərdən biri, Hafiz Abdullayev hadisəyə qısaqapanmanın səbəb olduğunu deyir: “Aşağı düşdüm, gördüm, iy gəlir. Qonşular dedi ki, ora yanır. Mən də tez gəldim ki, şlanqı götürəm, söndürəm, heç kim də gəlib kömək eləmədi ki, o şlanqı tutsunlar kranta. Çünki bizdə şlanqa uyğun krant yoxdur. Yanğınsöndürənlər də bir on beş dəqiqədən sonra gəldilər. Orada artıq taxtalar yanıb. Oradan elektrik naqilləri keçirdi. Yəqin ki, qısaqapanmadan olub”.

Yanğının yuxarı mərtəbələrə keçməsinin qarşısı alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib, xəsarət alan olmayıb.

Mir Çingiz Ağazadə

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın