23:56 16 Aprel 2021 108
Ana səhifə Xəbərlər

Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Belə ki, “Toyoto” markalı avtomobil hökumət evinin qarşısında beton arakəsməyə, daha sonra “Ford” və “Kia” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində “Toyoto” markalı avtomobildə olan sərnişin xəsarət alıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın