14:40 10 Sentyabr 2019 26
Ana səhifə Xəbərlər

Bakıda yük maşını iki avtomobili əzib aşdı - HADİSƏ YERİNDƏN

Bakıda yük daşıyan maşın aşıb.

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, N.Rəfiyev küçəsində qeydə alınıb. “İsuzu” markalı yük maşını yaxınlıqdakı iki avtomobilə çırpılıb.

Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi aşıb.

Nəticədə yol kənarında park vəziyyətində olan “Hyundai” və “Mercedes” markalı avtomobillərə ziyan dəyib.

Yük maşınının sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzaya səbəb olan avtomobil evakuatorla ərazidən aparılıb. Qəza təxminən 15 dəqiqə nəqliyyatın hərəkətinə mane olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın