13:12 15 Yanvar 2020 480
Ana səhifə Xəbərlər

Bakıda zoomarketə basqın - MAĞAZA SAHİBİ BIÇAQLANDI

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

APA TV-nin məlumatına görə, naməlum şəxslər mağazanın sahibi Hikmət Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar.

Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da, polislər onların izinə düşə biliblər.

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın