14:03 11 İyul 2020 710
Ana səhifə Xəbərlər

Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub.

O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində tutulub.

Araşdırma zamanı maşında olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Hər 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri isə 10 sutka inzibati qaydada həbs ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın