20:40 29 Yanvar 2020 421
Ana səhifə Xəbərlər

Bakıdan Çinə daha bir aviareys üzrə uçuşlar dayandırıldı

"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Bu barədə " APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Qeyd edək ki, "China Southern Airlines" Bakıdan Quançjouya hər həftənin II və VII günləri yerinə yetirirdi.

Bundan əvvəl isə AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini fevral ayından müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Bu reyslər martın 8-dən yenidən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın