14:02 15 Avqust 2020 659
Ana səhifə Xəbərlər

Bakının əsas küçə və prospektləri növbəti dəfə dezinfeksiya olundu

Bakıda küçələr növbəti dəfə yenə dezinfeksiya edilib.

APA TV xəbər verir ki, Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə 10-cu dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı tərəfindən gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb.

Hər dəfə olduğu kimi Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları da xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın