18:06 15 Sentyabr 2020 215
Ana səhifə Xəbərlər

Bakının işğaldan azad edilməsinin 102-ci il dönümü Gəncədə qeyd edilib

Gəncədə Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci il dönümü qeyd olunub.

APA TV-nin yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü, konsulluğun əməkdaşları və bölgədə çalışan media nümayəndələri iştirak edib.

Baş konsul Zəki Öztürk bildirib ki, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib. Onun sözlərinə görə, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Zəki Öztürk Türkiyənin hər bir sahədə olduğu kimi diplomatik sahədə də hər zaman Azərbaycanın yanında olduğunu bildirib. O eyni zamanda, Prezident İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən Azərbaycan-Türkiyə dostluğunu açıq şəkildə ifadə etdiyini qeyd edib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın