15:20 15 Fevral 2020 480
Ana səhifə Xəbərlər

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub

Bakının Nizami rayonu ərazisində yol qəzası zamanı piyada xəsarət alıb.

APA Tv-nin məlumatına görə, avtoqəza İlqar Musayev küçəsində baş verib.

1998-ci il təvəllüdlü Qənbər Atayev idarə etdiyi "Opel" markalı avtomobillə yolun ortasında dayanan 1967-ci il təvəllüdlü Səbziyev Minəxan Aslan oğlunu vurub. Sürücünün verdiyi məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə olub.

Xəsarət alan piyada təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın