18:20 15 Sentyabr 2020 265
Ana səhifə Xəbərlər

Bakının qurtuluşunun 102-ci ildönümü münasibətilə videokonfrans keçirilib

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü münasibətilə videokonfrans formatında görüş təşkil edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil olunan videobağlantıda qardaş ölkənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin digər əməkdaşları, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edib.

Azərbaycan və Türkiyə himnlərinin səslənməsi ilə başlayan konfransda Bakının düşməndən azad edilməsi ilə bağlı Türkiyə səfirliyi tərəfindən hazırlanmış videoçarx iştirakçılara təqdim olunub.

Daha sonra çıxış edən səfir Erkan Özoral Azərbaycan və Türkiyə qardaşlığının əbədi olacağını bildirib. O bildirib ki, 15 sentyabr tarixi hər iki dövlətin vətəndaşı üçün bayram hesab olunur.

Qafqaz İslam Ordusunun rəhbərlərindən biri olan Kazım Qarabəkir Paşanın qızı Timsal xanım Qarabəkir bildirib ki, o zaman Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanın imdadına yetişib. Təsadüfi deyil ki, türk ordusunun Türkiyədən sonra ən çox şəhid məzarlığı Azərbaycandadır.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

Həmidağa Məcidov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın