14:00 14 Yanvar 2020 201
Ana səhifə Xəbərlər

Bakıda avtomobil mağazaya çırpılıb

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA Tv xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlunun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mağazaya da ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın