05:15 16 Sentyabr 2020 203
Ana səhifə Xəbərlər

"BakuBus" MMC-nin deposuna mediatur təşkil olundu

Bakubus MMC-yə məxsus avtobusların deposuna gecə saat-00:00 da mediatur təşkil olunub. Belə ki, gecə saatlarında texniki personalı 100 nəfərdən artıq olan depoda hər bir avtobus əvvəlcə qaraja daxil olmadan yoxlanılır.

APA TV xəbər verir ki, avtobusun salonunda sərnişinlərə məxsus hər hansı bir əşya tapılarsa müvafiq məntəqəyə təhvil verilir. Daha sonra ictimai nəqliyyat vasitəsi daxili sürücüyə təhvil verilir. Sürücü avtobusun mövcud vəziyyətini yoxlamaq üçün qaraj daxilində müvafiq akt əsasında yoxla sürüşü edir. Nasazlıq aşkarlandığı təqdirdə nəqliyyat vasitəsi təmir mərkəzinə təhvil verilir. Mərkəzdə İveco şirkətinin mütəxəsisləri tərəfindən təlim görmüş ustalar sözügedən nasazlığı aradan qaldırmaq üçün işləyirlər. Əgər avtobus xəttə çıxa bilmədiyi təqdirdə isə rezerv nəqliyyat vasitəsindən istifadə edilir.

Daha sonra isə avtobuslar moykaya təhvil verilir. Mövcud vəziyyətə uyğun olaraq avtobuslarda əvvəlcə dezinfeksiya işləri aparılır. Daha sonra avtobus yuyulur.

İveco şirkətinə məxsus avtobuslarin ötən ay ərzində iki dəfə yanması məsələsinə gəlincə BNA-nın rəsmisi Mais Ağayev bildirir ki, problem istehsalçı şirkətin olub. Buna görədə İVECO şirkətinin rəsmiləri Bakıya dəvət olunub.

Qeyd edək ki, avtobusların təmiri və yoxlanışı əsasən gecə saatlarında aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın