03:43 12 Sentyabr 2020 863
Ana səhifə Xəbərlər

"BakuBus" MMC-yə məxsus sərnişin avtobusu qəzaya uğradı

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Sürücü Nadir Əmirovun 7A saylı xətt marşrutu üzrə idarə etdiyi "Iveco" markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun əks tərəfindən gələn "Niva" markalı avtomobil avtobusa çırpılıb. Qəza nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Avtobusda olan sərnişinlər digər ictimai nəqliyyat vasitəsinə köçürülüb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) də avtoqəza ilə bağlı açıqlama yayıb. BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA TV-yə bildirib ki, Qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetmədən çıxaraq avtobusa çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın