10:00 14 Yanvar 2020 784
Ana səhifə Xəbərlər

Balakəndə 10 yaşlı məktəbli qızdırmadan öldü

Balakəndə üçüncü sinif şagirdi qızdırmadan ölüb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə yanvarın 13-də Balakən şəhərində qeydə alınıb.

Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov yanvarın 11-də soyuqdəymə və yüksək hərarət diaqnozu ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Turan Mahatova sistem yeridilib, vəziyyəti stabilləşdikdən sonra valideynləri onu evə aparıblar. Yanvarın 12-də axşam saatlarında Turanın vəziyyəti yenidən ağırlaşmağa başlayıb. Valideynləri Turanı Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarına gəliblər. 10 yaşlı məktəbli Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq, Turan Mahatov Şəki RMX-da ölüb.

Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın