20:40 07 Aprel 2020 1050
Ana səhifə Xəbərlər

Balakəndə civə satan şəxslər yaxalandı

Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qullar kənd sakini 22 yaşlı Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli şübhəli şəxs qismində saxlanılıb. Turan Süleymanovdan şəxsi axtarış zamanı 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin yaşadığı ünvanda və Talalar kəndində bibisinin evindən isə ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, Toğrul Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olaraq, tanışı, Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.

Həmin tədbirlərin davamı olaraq əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. Nizami Quliyevin yaşadığı evə baxış zamanı 501,2 qram civə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın