13:29 22 Noyabr 2020 207
Ana səhifə Xəbərlər

Balakəndə karantin rejimini pozanlar cərimələnib

Polis Balakəndə karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər həyata keçirib

APA TV xəbər verir ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət- profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilib.

Xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə cümə günü bu barədə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb. Əks təqdirdə barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçiriblər. Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın