16:40 29 Yanvar 2020 240
Ana səhifə Xəbərlər

Balakəndə maşın 15 yaşlı yeniyetməni vurub öldürdü

Balakəndə maşın yeniyetməni vuraraq öldürüb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Əfəndiyevi vurub. Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın