22:00 27 Fevral 2020 150
Ana səhifə Xəbərlər

Baronessa Emma Bakıda autizm sindromlu uşaqlarla mahnı oxuyub və rəqs edib

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Birgə və Sağlam İctimai Birliyi Autizm Mərkəzində olub.

APA TV-nin məlumatına görə, Baronessa Nikolson mərkəzdə təhsil alan autizm spektr pozuntusu olan uşaqların dərslərini izləyib, onların xor qrupunun ifasına qulaq asıb, uşaqlarla birlikdə Azərbaycanın milli mahnılarını səsləndirib.

Daha sonra Baronessa Nikolsan Azərbaycanda ilk dəfə autizm spektr pozuntusu olan uşaqların çalışdığı kafedə olub.

Mərkəzlə bağlı fikirlərini bölüşən Baronessa Nikolsan belə müəssisələrin indiki dövrdə çox çətinliklə işlədiyini bildirib: “Hər bir ölkədə müəyyən sayda uşaq autizm sindromu ilə doğulur və yaxud autizm diaqnozu qoyulur. Bizim hər birimiz autizmlə doğulan uşağa görə təəssüf hissi keçiririk. Amma çox az qismimiz autizmlə bağlı iş görürük. Ona görə, bu mərkəzin fəaliyyəti məni çox sevindirdi. Üstəlik bu mərkəz dövlət müəssisəsi deyil. Belə mərkəzin fəaliyyət göstərməsi üçün maliyyə qaynaqlarının tapılması çox çətindir. Həqiqətən sevindiricidir ki, bu mərkəz bunu bacarır”.

Baronessa Nikolson qeyd edib ki, bir çox ölkədə autizm mərkəzlərində olsa da, bu resurslarla bu cür yaxşı səviyyədə fəaliyyət göstərən mərkəz görməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın