14:40 08 Mart 2021 88
Ana səhifə Xəbərlər

Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.

APA TV-nin xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın