04:49 23 Yanvar 2021 119
Ana səhifə Xəbərlər

Baş Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Daha sonra, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA TV- bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın