18:55 18 Oktyabr 2020 140
Ana səhifə Xəbərlər

Baş ravvin: "İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir"

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.

APA TV-nin yerli bürosu xəbər verir ki, görüşdə baş ravvinə Ermənistan ordusunun törətdiyi terror, dinc əhalini hədəfə alması barədə məlumat verilib: “Gəncədə yerli Yəhudi Dini İcmasının üzvləri ilə görüşümdən çox razı qaldım. Burada 800-dən artıq icma üzvü yaşayır. Bu kiçik dini icmanın necə böyüdüyünü, yerli əhali ilə mehriban yaşadığını görmək çox xoşdur. Yəhudi dini icması tək Gəncədə deyil, bütün Azərbaycanda yerli sakinlərlə birlikdə sülh şəraitində yaşayır, onlara qarşı heç bir diskriminasiya yoxdur. Çox təəssüf ki, mənim gəlişim Gəncədə dəhşətli faciənin baş verdiyi vaxta təsadüf etdi”.

Daha sonra baş ravvin Ermənistanın Gəncəyə atdığı raket zərbəsindən dağılmış əraziyə baş çəkib: “Mülki şəxslərin öldürülməsi çox dəhşətlidir. İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir. Bunu dayandırmaq lazımdır, mülki əhalinin heç bir günahı yoxdur”.

Şneor Segal yaralıların tez sağalmasını, ordumuzun qələbəsi və həlak olanların ruhu üçün dualar etdiyini bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın