18:00 07 Avqust 2019 85
Ana səhifə Xəbərlər

Bayram ərəfəsində yollarda sıxlıq olacaq - HANSI TƏDBİRLƏR GÖRÜLÜR?

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. APA TV-nin məlumatına görə, bu günlərdə sərnişinlərin rahatlığının təmin olunması və sıxlığın tənzimlənməsi məqsədi ilə ehtiyat avtobusların xəttə buraxılması ilə yanaşı digər zəruri tədbirlər də görüləcək. Biletləri kassalardan gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün öncəyədək əldə etmək mümkündür. “Onlayn” qaydada isə sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə bilet təmin edə bilər: Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız bu ərazidən yola çıxan avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə cavabdehlik daşınmır: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində də Qurban bayramı ilə əlaqədar gücləndirilmış iş rejımi tətbiq olunacaq: Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə, avqustun 10-u və 13-də əlavə qatar təyin ediləcək. Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək. Yaxşı yol!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın