06:40 21 Noyabr 2019 265
Ana səhifə Xəbərlər

BDU-nun üç tələbəsi zəhərləndi – BİRİ ÖLDÜ

Bakı Dövlət Universitetinin2№li yataqxanasında zəhərlənmə hadisəsi olub.

APA TV-nin xəbərinə görə, hadisə barədə məlumat Təcili Tibbi Yardım Stansiyasına saat 12.35-də daxil olub.

Həkimlər Mətbuat küçəsi-36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Onlar– Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır. Ölən tələbənin Fizika fakültəsinin1999-cu il təvəllüdlü Şəkər Faiq qızıXasmətova olması müəyyən edilib. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

“Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev xəstəxanaya gəlib.

İkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın