19:36 13 İyul 2020 271
Ana səhifə Xəbərlər

Bərdədə 23 yaşlı gənc güllələndi

23 yaşlı gənc güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Otuzikilər kəndində qeydə alınıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilərək hadisə yerinə baxış keçirilib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, cinayəti Namiq Ağamirovun həmkəndlisi, 1976-cı il təvəllüdlü Qadir İbrahimov törədib: “Səhər-səhər sahəyə gedirdim, maşını saxladı. Düşdü mənə ov tüfəngi ilə atəş açdı. Birinci gülləni atdı ayağıma, ata dəydi. İkinci güllə də elə belə dəydi”.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın