22:51 28 Fevral 2021 106
Ana səhifə Xəbərlər

Bərdədə yol qəzasında iki nəfər ölüb, bir ailənin üç üzvü yaralanıb

Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb.

Bərdə istiqamətdə hərəkətdə olan "VAZ 2106" markalı avtomaşın "Great Wall" markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olan qadın, bir uşaq və sürücü ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtoqəza zamanı ölənlər Bərdə rayonunun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın