22:00 27 Yanvar 2020 179
Ana səhifə Xəbərlər

Binəqədidə evlərdən silsilə oğurluqlar edən şəxs yaxalandı

Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub. Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın