04:00 28 Yanvar 2020 326
Ana səhifə Xəbərlər

Bir gecədə iki piyadanı avtomobil vuraraq öldürüb – HACIQABULDA

Hacıqabulda bir gecədə iki piyadanı avtomobil vuraraq öldürüb

APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, həri iki hadisə gecə saat 02.00-03.00 intervalında Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində qeydə alınıb. Rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı "Toyota" markalı avtomobil yolu keçən piyadanı - Quba rayon sakini, 1962-ci il təvəllüdlü Yusifov Vahid Hacımurad oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Eyni vaxtda piyadanın ölümü ilə nəticələnən digər hadisə, rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Naməlum markalı avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın şəxsiyyəti müəyyənləşdirlir. Sürücü isə hadisə yerindən qaçıb. Həmin sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Ölən şəxslərin meyitləri müayinə olunmaq Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə yerləşdrilib.

Hər iki fakt üzrə cinayət işi açılb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın