17:57 29 İyun 2020 387
Ana səhifə Xəbərlər

Bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkətini müvəqqəti olaraq dayandırır.

QSC-dən APA TV-yə verilən məlumata görə, qərara əsasən Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarlarının hərəkətləri müvəqqəti dayandırılır.

Qrafik xüsusi göstərişədək qüvvədədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın