13:34 08 Aprel 2021 59
Ana səhifə Xəbərlər

Sabah axşamdan hava kəskin dəyişir

Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz görə, aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Bakı və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın