00:00 08 Oktyabr 2019 106
Ana səhifə Xəbərlər

Boşadığı 4 uşaq anasının boğazını küçədə kəsdi - GƏNCƏDƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natəvan Sabir qızı işə gedərkən küçədə keçmiş həyat yoldaşı Məhərrəm Sirati tərəfindən bıçaqlanıb.

“Dəhşətli hadisə gördüyünüz bu ərazidə qeydə alınıb. Belə ki səhər saatlarında 42 yaşlı Natavan Mustafayev işə gedən zaman onun həyat yoldaşı ona yaxınlaşaraq arxadan ona bir neçə bıçaq zərbəsi vurub və boğazını kəsib. Xəstə yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir”.

Qonşuların sözlərinə görə, Natəvan Mustafayeva sakit, tərbiyəli və zəhmətkeş anadır və uşaqlarının tərbiyəsi ilə ciddi məşğul olur. Rəsmi boşanmasına baxmayaraq, keçmiş həyat yoldaşı tərəfindən dəfələrlə narahat edilib.

Xatırladaq ki, Natəvan Mustafayeva 4 uşaq anasıdır.

Hadisəni törədən Məhərrəm Sirati saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın