17:59 27 Sentyabr 2020 230
Ana səhifə Xəbərlər

BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xətti boyunca bu gün səhər saatlarında başlamış gərginləşmənin humanitar nəticələri barədə narahatdır. Hər iki tərəfdən itkilərin arasında mülkilərin də olduğu bildirilir.

Bu barədə APA TV-yə BQXK-nın Bakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, BQXK tərəfləri, beynəlxalq humanitar hüququn ən başlıca qaydaları barədə öhdəliklərinə riayət etməklə mülki şəxslərin həyatlarını və mülki infrastruktur obyektlərini qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırır.

“Biz, bu gərginləşmə nəticəsində təsirə məruz qalan şəxslərə dəstək göstərməyə və neytral vasitəçilik rolumuzu yerinə yetirməyə hazır olduğumuzu bir daha bildiririk. Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə hər bir halda tam riayət etməyə çağırırıq”- deyə məlumatda bildirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın