06:40 12 Avqust 2019 71
Ana səhifə Xəbərlər

Bu gün Azərbaycanda bayram namazı qılındı

Bu gün Qurban bayramı ilə əlaqədar Təzə Pir məscidində, məscidin imamı Mircəfər Əyyubovun rəhbərliyi ilə bayram namazı qılındı. Qeyd edək ki, Qurban bayramı münasibəti ilə Şeyxülislam Allahşükür Paşazadə xalqı təbrik edib: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm”. Bayram namazında iştirak edən vətəndaşlarda ölkəmizə və xalqımıza sülh və əminamanlıq dilədilər: Xatırladaq ki, Qafqaz Müsəlmanlar İdarəsinin fətvasına uyğun olaraq bu il ölkəmizdə Qurban bayramı miladi təqvimlə avqustun 12 və 13-də, hicri-qəməri təqvimlə isə Zilhiccə ayının 10-cu günündə qeyd olunmaqdadır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın