05:52 23 Fevral 2021 78
Ana səhifə Xəbərlər

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

APA TV-nin məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın