14:16 04 Dekabr 2019 399
Ana səhifə Xəbərlər

Bu gündən: HAVA SOYUYACAQ, GÜCLÜ KÜLƏK BAŞLAYIR

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Bölgələrdə dekabrın 5-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Dekabrın 5-də Abşeron yarımadasında güclü xəzri, temperaturun aşağı enməsi və rütubətli hava meteohəssas insanlarda narahatlıq yarada bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın