11:13 25 Yanvar 2021 91
Ana səhifə Xəbərlər

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

APA TV-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Nazirlər Kabinetinin qərarına əsasən ölkədə ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla ticarət obyektlərinin fəaliyyətinə də bu gündən icazə verilib.

Həmçinin, bərbərxana və gözəllik salonları da bu gündən fəaliyyətə başlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın