08:40 08 Fevral 2018 670
Ana səhifə Xəbərlər

Bu kənd 25 ildir qaz üzünə həsrət qalıb

Şabranın Əmirxanlı kəndinin sakinləri mavi qazın yoxluğundan şikayətlənir. Onların sözlərinə görə, 1986-cı ildən 1993-cü ilədək yaşayış məntəqəsində mavi yanacaq olub. Amma 1993-cü ildən bəri qaz üzünə həsrətdirlər. Kənd sakinləri deyir ki, dəfələrlə etdikləri müraciətlərə müsbət cavab verən yoxdur.

Kənd sakini Qulamhüseyn Hüseynov deyir ki, 500 ev varsa, hər evə 2-3 maşın odun lazımdır.

Bünyad Kərimovun sözlərinə görə, qaz olmadığı üçün meşələr böyük qırıntılar olur: "Bunu heç gizlətmək də lazım deyil. Çünki istilik üçün başqa vasitə yoxdur. Biz xahiş edirik ki, qazın bərpa olunması üçün bizə köməklik göstərsinlər".

Yavər İbrahimov da bildirib ki, insanlar istiliyə olan ehtiyacını meşəni qırmaqla ödəyir: "Biz də hərəyə 1 ağac əkmək əvəzinə, hərəmiz 10 ağac kəsirik. Bizdən yuxarı kəndlərdə qaz var, bizdə yoxdur".

Xaçmaz Regional Qaz İdarəsindən APA TV-nin yerli bürosuna bildirilib ki, yaxın zamanda həmin kənddə qazın verilişi bərpa olunacaq. Dəqiq tarixə gəlincə isə, bu hələ ki məlum deyil.

Müəllif | Apa.Tv

Vəli Turan

Kodu kopyalayın