14:40 27 Mart 2020 1665
Ana səhifə Xəbərlər

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - YENİ QƏRAR

29 mart saat 00:00-dan etibarən Xüsusi karantin rejimi gücləndiriləcək.

APATv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.

Məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın", - deyə sənəddə qeyd olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın