11:08 18 Oktyabr 2020 73
Ana səhifə Xəbərlər

Çavuşoğlu Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

APA TV-nin xəbərinə görə, M. Çavuşoğlunun "Twitter"də paylaşdığı təbrikdə deyilir: "Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın müstəqillik günü qutlu olsun. Üç rəngli bayrağınla sən məsud yaşa, çox yaşa, Azərbaycan!

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın