10:56 15 Sentyabr 2020 191
Ana səhifə Xəbərlər

Cəbhədə gərginlik davam edir – DÜŞMƏN ATƏŞKƏSİ POZDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuzun Hacallı və Ağdam kəndlərində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzulinin Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın