21:59 21 Oktyabr 2020 195
Ana səhifə Xəbərlər

Cəbrayıl, Fizuli və Zəngilan rayonlarının bir neçə kəndi də işğaldan azad edildi

Cəbrayıl, Fizuli və Zəngilan rayonlarının bir neçə kəndi də işğaldan azad edildi

Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib. Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib."Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". –deyə Ali Baş Komandan bildirib. Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın