23:24 30 Oktyabr 2020 211
Ana səhifə Xəbərlər

Cəbrayıldan geriyə qalanlar - 27 İL SONRA

Hərbi əməliyyatlar başladığı gündən yaşayış məntəqələrimizin bir hissəsi ard-arda işğaldan azad edildi. Doğma Cəbrayıl şəhəri və onun kəndləri yağılardan xilas olundu.

Şanlı ordumuz tərəfindən düşmənə zərbələr vurulmaqla yanaşı, cəbhədən gələn qələbə xəbərlərinin sevincini hər bir azərbaycanlı yaşayır.

Bu gün də ali baş komandanın rəhbərliyi ilə ordumuzun zəfər yürüşü davam edir. APA TV-nin yerli bürosu xəbər verir ki, işğaldan azad edilən ərazilərdə çəkiliş apardığımız zaman məlum olur ki, düşmən bir çox istehkamlar və müdafiə xətləri qursa da, ordumuz həmin yerləri qısa müddətdə işğaldan azad edib. 27 il müddətində işğalda qalan ərazilərin hər bir yerində erməni bar-barlığı özünü büruzə verir.

Hansı ki, bu torpaqlarda işğaldan öncə vətəndaşlarımızın isti ocağı, şənlik düzənlənən və bayram keçirilən evləri var idi. Hazırda ərazidə düşməndən geriyə qalan isə dağılmış evlərdir.

Çox qısa zamanda bu kəndlərdə yenidən həyat öz axarına qayıdacaq. Ata-baba yurdlarından didərgin düşən sakinlər öz elinə-obasına qayıdıb, həyatlarına davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın