08:00 18 Yanvar 2020 555
Ana səhifə Xəbərlər

Cəlilabad polisi Göytəpədə əməliyyat keçirdi – 4 NƏFƏR NARKOTİKLƏ TUTULDU

Cəlilabadda narkotik maddələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-dən APA TV-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik maddələrin satışı ilə məşğul olan Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar.

Abdulla Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3,390 qram heroin, Gündüz Məmmədovdan 3 kiloqram 350 qram heroin, Şakir İsmayılovun üzərindən isə ümumi çəkisi 1,364 qram olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Şakir İsmayılovun yaşadığı evdən də satış üçün əldə etdiyi 4 ədəd bağlamada 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi daha bir əməliyyat zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman cibindən 29 bükümdə ümumi çəkisi 7,461 qram olan heroin aşkar olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evindən də 2 kiloqram 200 qram heroin və 40 ədəd bükümdə ümumi çəkisi 2,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Cəlilabad Rayon Polis şöbəsi tərəfindən bu ilin yanvar ayı ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın